Van den Brom
Van den Brom

Lech Poznan klubuna yeni baş məşqçi gətirilib.

ONBİR xəbər verir ki, niderlandlı mütəxəssis John van den Brom baş məşqçi vəzifəsini icra edəcək. Onun Polşa klubundakı ilk açıqlamasını qol.az saytına istinadən təqdim edirik:

“Çempionlar Liqasında oynamaq imkanı mənim üçün əla fürsətdir. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Komandanı iyulun 5-də keçiriləcək çox vacib görüşə hazırlamağa hələ vaxtımız var.

Futbolçuların hər biri ilə şəxsən görüşməliyəm. Hazırlıq dövründə biz birlikdə çox çalışacağıq və bu, bir-birimizi tanımaq üçün ən yaxşı vaxtdır. İlk növbədə, Çempionlar Liqasında Qarabağ`a qarşı keçirəcəyimiz oyuna hazır olmalıyıq”.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis ADO Den Haag, Vitesse, Anderlecht, AZ Alkmaar, Utrecht, Genk kimi klubları çalışdırıb. Onun son klubu Səudiyyə Ərəbistan təmsilçisi Al Taawoun olub. Van den Brom Anderlecht ilə bir Belçika çempionluğu yaşayıb.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.