Ronald Koeman
Ronald Koeman

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinə start verilib.

ONBİR xəbər verir ki, Barcelona doğma meydanda qarşılaşdığı Bayern`ə 3 cavabsız qolla məğlub olub.

Kataloniya klubunun baş məşqçisi Ronald Koeman`ın görüşdən sonra söylədiyi fikirləri təqdim edirik:

“Daha yaxşı oynamağı əlbəttə ki, istəyərdik. Amma hal-hazırda gücümüz, olanımız budur. Keyfiyyət baxımdan rəqib bizdən daha yaxşıdır. Heyətimizdə 4-5 dənə 18 yaşı oyunçu var. Bayern daha yaxşı komanda olduğunu sübut etdi.

Gənc oyunçularımız təcrübə qazandıqca iki komanda arasındakı fərq də enəcək. Hər şeyə real baxmaq lazımdır. Komandam gələcəyinin olacağını göstərdi”.

Qeyd edək ki, qrupun digər matçında Dinamo Kiev ilə Benfica qolsuz bərabərliyə razılaşıb. (0:0)

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.