Sochi - Keşlə
Sochi - Keşlə

UEFA Konfrans Liqasının 2-ci turu çərçivəsində keçiriləcək Keşlə – Sochi oyununun hakimləri müəyyənləşib.

ONBİR xəbər verir ki, cavab oyununu belaruslu hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Victor Shimusik olacaq.

Ona Anton Ghusev, Sergei Kosovets köməklik edəcək. Ehtiyat hakim olaraq isə Vitali Sevostyanik fəaliyyət göstərəcək.

Qeyd edək ki, Sochi ilk görüşdə 3 cavabsız qolla qalib gəlib. Cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.