
Ehtiyatda qalmaq istəməyən Dean Henderson bu yay Manchester United`dən ayrıla bilər.
ONBİR Fabrizio Romano`ya istinadən xəbər verir ki, Newcastle 25 yaşlı qapıçının heyətinə qatmaq istəyir.
İngilis qolkiperin icarə yoxsa birdəfəlik transfer olacağı dəqiq deyil. Newcastle`ın transfer büdcəsinə bağlıdır.
Qeyd edək ki, Dean Henderson Premier League`nın cari mövsümündə 1 matça belə çıxa bilməyib. O, Federasiya Kuboku, Liqa Kuboku və UEFA Çempionlar Liqasında toplam 3 matça çıxıb.