Halis Özkahya
Halis Özkahya

GaziantepKasımpaşa matçında etdiyi kobud səhvdən sonra hakimlik karyerasını bitirdiyini açıqlayan Halis Özkahya bu barədə danışıb.

ONBİR sabiq hakimin məsələ ilə bağlı fikirlərini təqdim edir:

“Bu mühitdə hakimlik etmək olmaz. Hər şey və hər kəs dəyişsə belə, əslində dəyişən bir şey yoxdur. Dəyişməsi lazım olan sistemdir. Buna görə də hakimliyi buraxma qərarı aldım.

Oyunu davam etdirməm üçün heç kəs məni məcbur etmədi. Erkən bitirdiyimə içəri girdikdən sonra fərqinə vardım. “Özüm 5 dəqiqə uzatdım, köməkçi hakim səhvən 9 dəqiqə göstərdi” deyə açıqlama verə bilərdim. Amma bu mənim xaraterimə uyğun olmazdı. Daha sonra iki komandadan da xahiş etdim və onlar da sağ olsunlar, mənə köməkçi oldular. İnsan belə səhv edə bilər deyə mənə dəstək oldular.

Futbol, idman mühiti çox çirkinləşib. Hər matçdan öncə və sonra təhqirlər eşitməkdən yoruldum. Çox sevərək başladığım hakimlikdən sıxılmağa başladım. Bu kaos mühitində durmağa davam etmək istəmədim.

Qərarımdan dönməyi heç vaxt düşünmürəm. MHK prezindeti ilə də danışdım və qərarımın qəti olduğunu söylədim. Bir neçə ay istirahət etdikdən sonra yenidən idman müəllimi olaraq davam edə bilərəm”.

Xatırladaq ki, GaziantepKasımpaşa (2:0) matçında baş hakim Halis Özkahya 9 dəqiqə əlavə etdiyi oyunu 5-ci dəqiqədə bitirib. Vəziyyətin fərqinə vardıqdan sonra isə oyunçuları geri çağıraraq qalan dəqiqələri oynadıb.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.