De Biasi
De Biasi

Milli komandamızın baş məşqçisi Gianni de Biasi İtaliya mətbuatına növbəti müsahibəsini verib.

ONBİR italiyalı mütəxəssisin bəzi açıqlamalarını təqdim edir:

“Həyatım asan olmayıb. Mən hər zaman mübarizə aparmışam. Qazandığım təcrübələrlə və liderliyim ilə getdiyim yerlərdə kapitan olmuşam.

Azərbaycanda tək yaşayıram. Qızım Padua Universitetində oxuyur. Ona görə də yoldaşımla birlikdə İtaliyada qalıblar. Azərbaycanda italyan restoranlar da mövcuddur. Həmçinin özüm də yemək bişirməyi bilirəm. Dekabr ayında koronavirusa yoluxdum və buna görə də 7 kilo arıqladım. Sonda sağala bildim.

Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda. Bu, elə də vacib deyil”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.