Garnacho
Garnacho

Hazırda zədəli olan Manchester United`in futbolçusu Alejandro Garnacho Federasiya Kubokunun 1/4 finalında komandasının Fulham`ə qarşı oyununu (3:1) evdən izləyib.

ONBİR xəbər verir ki, o, sosial şəbəkə hesabında “Qırmızı şeytanlar”ı dəstəklədiyi fotonu paylaşıb.

Ancaq bir neçə dəqiqə sonra şəkli silməyə məcbur olub. Buna azarkeşlərin dərhal divanın üstündəki elektron siqareti görməsi və bu haqda şərhlər yazması səbəb olub.

Argentinalı oyunçu yeni foto paylaşaraq vəziyyətdən çıxmağa çalışıb.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.