
Juventus baş məşqçisi Massimiliano Allegri Inter üzərində qələbədən sonra əla əhval-ruhiyyədə olduğunu bildirib.
ONBİR 55 yaşlı mütəxəssisin sözlərini Football Italia`ya istinadən təqdim edir:
“Millilərin oyunu ilə bağlı fasilədə rahatlaşa biləcəyimə görə komandama minnətdaram. Əks halda, vəziyyət gərgilənləşəcəkdi. Qalib gəlmək, eyni zamanda, matçdan sonrakı günlərdən həzz almaq lazımdır.
Futbolçularıma dedim ki, artıq gənc deyiləm, buna görə də xahiş edirəm, gəlin qələbə qazanaq və məni əzab çəkməyə məcbur etməyək. Onlar da bunu bacardı”.