Şenol Güneş & Fatih Terim
Şenol Güneş & Fatih Terim

Galatasaray`ın baş məşqçisi Fatih Terim Türkiyə millisindən ayrılan Şenol Güneş barədə danışıb.

ONBİR 68 yaşlı mütəxəssisin Trabzonspor`la keçirilən matçdan sonra təşkil edilən mətbuat konfransda söylədiyi fikiləri təqdim edir:

“Türk futboluna bu qədər xidmətləri olan bir insan niyə etibarsızlaşdırılır? Şenol Güneş belə münasibətə layiq deyil. O, qələbə qazanmağı hamıdan çox istəyərdi. Səhvlər etməsinə baxmayaraq, savabları daha çoxdur. Şenol`a hörmətsizlik edirsiniz”.

Qeyd edək ki, Şenol Güneş xüsusən Hollandiya ilə matçda qeydə alınan 1:6 hesablı ağır məğlubiyyətə görə tənqid hədəfinə çevrilmişdi.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.