Emin Mahmudov
Emin Mahmudov

Neftçi`nin kapitanı Emin Mahmudov Türkiyənin Antalya bölgəsində Polşanın Lecna klubuna 1:0 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlama verib.

ONBİR həmin açıqlamanı qol.az saytına istinadən təqdim edir:

“Burada yaxşı məşqlərimiz oldu, buna görə də mövsümün ikinci hissəsinə hazır olduğumuzu deyə bilərəm. Çempionatın 3 və 4-cü dövrələrini yaxşı keçirməyə çalışacağıq. İlk iki yoxlama oyunu çətin keçdi. Bu gün yaxşı oynamağa çalışdıq. Bəzi epizodlarımız alınmadı. Çempionatda daha yaxşı çıxış edəcəyik.

Orta xətdə heç nə dəyişilməyib. Yenə də 3 nəfər çıxış edir. Bizə vaxt lazımdır. Amma indi də oyunumuz pis alınmır. Yeni futbolçular komandaya öyrəşirlər. Düzdür, bəzi epizodları tam başa düşmürlər. Amma qarşıda hələ bir həftəmiz var. Düşünürəm ki, yaxşı olacaq.

Gənc oyunçuların çox tərifləmək lazım deyil. Amma öz üzərilərində işləsələr, daha yaxşı ola bilərlər”.