Emin Mahmudov
Emin Mahmudov

Millimiz sabah DÇ Seçmələri çərçivəsində İrlandiya yığmasını doğma meydanda qəbul edəcək.

ONBİR yığmamızın əsas üzvlərindən biri olan Emin Mahmudovun qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransındakı açıqlamalarını AFFA-nın rəsmi saytına istinadən təqdim edir:

“Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Yığmada məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək.

Mahir Emreli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.