Elmar Baxşıyev
Elmar Baxşıyev

Qəbələ yoxlama oyununda qarşılaşdığı Polşanın Zaglebie klubuna 1:2 hesabı ilə məğlub olub.

ONBİR Antalyada təlim-məşq toplanışında olan Qəbələ`nin baş məşqçisi Elmar Baxşıyevin görüşlə bağlı fikirlərini qol.az saytına istinadən təqdim edir:

“Ümumilikdə oyundan razı qaldım. İstədiyimiz o idi ki, komanda oyun yükünü hiss etsin. Toplanışda ilk oyunumuz idi. Bilirdik ki, bir az ağır olacaq.

Futbolçuların yanaşması məni qane edir. İnanıram ki, gündən-günə xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq və optimal formaya qayıdacağıq. Məqsəd İsayev zədəli olduğu, Murad Musayevin hərarəti qalxdığı üçün heyətdə dəyişikliyə getdik. Ümumi prosesdən razıyam. Nəticədən asılı olmayaraq, komanda mən istədiyimi verdi. Mövsüm ərzində də Emil Səfərov və Hüseyn Mürsəlovu ilk “11-lik”də görmüşük. İnanıram ki, bu toplanışdan sonra daha bir neçə gənc bizimlə davam edəcək. Urfan Abbasovun zədələnməsi bizi narahat edir. Ümidliyik ki, o, bunu adlaya biləcək. Patrik Robsonla müqavilə imzalamışıq. Təəssüf ki, koronavirusa yoluxduğu üçün komandaya qoşulmayıb. Onlar qoşulandan sonra heyətimiz bir az da geniş olacaq. İnanıram ki, komanda meydanda daha yaxşısını edəcək”.