Paulo_Dybala_ONBİR

Juventus`un ən önəmli oyunçularından biri olan Paulo Dybala “Qoca Sinyora”dakı karyerası ilə bağlı danışıb.

ONBİR Junior Reporter`in suallarını cavablayan argentinalı oyunçunun açıqlamalarını təqdim edir:

Palermo`da gözəl mövsüm keçirirdim və böyük klubların da mənə olan marağından xəbərdar idim.

Agentim mənə Juventus`dan təklif gəldiyini söyləyəndə ona digər təkliflərə baxmamasını bildirdim.

Juventus`da 10 nömrəli formanı geymək xüsusi bir duyğudur. İllər ərzində çox önəmli futbolçular bu nömrəni geyiniblər. Buna görə də nömrə mənə təklif olunanda çox düşündüm və yekunda qərarımı verdim.

Juventus səviyyəsində oynaya bilmək möhtəşəm hissdir. Ümid edirəm ki, burada Çempionlar Liqasının qalibi olaram. Bu, hamı üçün böyük bir hədiyyə olar. Argentina ilə Dünya çempionatını da qazanmaq istəyərəm. Onsuz da xəyal qurmaq pulsuzdur”.

Qeyd edək ki, Paulo Dybala Juventus ilə 5 Serie A, 4 İtaliya kuboku və 3 ölkə superkubokunun qalibi olub.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.