Gianni de Biasi
Gianni de Biasi

Millimizin baş məşqçisi Gianni de Biasi İtaliyanın TMW radiosuna müsahibə verib.

ONBİR yığmamızın çalışdırıcısının müsahibəsindən bəzi açıqlamaları qol.az saytına istinadən təqdim edir:

“Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı. Amma sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz.

Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdır. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək, federasiya hansı qərarı verəcək.

Azərbaycanda güləş və boks kimi fərdi idman növlərinə daha çox diqqət yetirilir. Komanda idman növlərində bir qədər geri qalırlar. Ola bilsin, ümumi fəlsəfə yoxdur. Yerli futbolçu sayı az olsa belə, düzgün yanaşma tələb olunur. Azərbaycanda 10 milyon əhali olmasına baxmayaraq, Premyer Liqada cəmi 8 komanda çıxış edir ki, onların da heyətində ən azı 6 legioner var”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.