
Milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya səfərinə çıxacaq.
ONBİR yığmamızın baş məşqçisi Gianni de Biasi`nin mətbuat konfransındakı açıqlamalarını AFFA-nın rəsmi saytına istinadən təqdim edir:
“Meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.
Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var.
Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.
Qeyd edək ki, 24 mart tarixində keçiriləcək görüş saat 23:45-də start götürəcək və teleqram kanalımızda canlı yayımlanacaq.