Gianni de Biasi
Gianni de Biasi

Millimiz sabah DÇ Seçmələri çərçivəsində İrlandiya yığmasını doğma meydanda qəbul edəcək.

ONBİR yığmamızın baş məşqçisi Gianni de Biasi`nin qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransındakı açıqlamalarını AFFA-nın rəsmi saytına istinadən təqdim edir:

“İlk dəqiqələrdən yaxşı oynamalı, topa nəzarət etməliyik. Bunun üçün lazımi keyfiyyətlərimiz var. Digər tərəfdən, standart vəziyyətlər zamanı diqqətli olmalıyıq. Çox istəkliyik, yaxşı hazırlaşmışıq, komandada vəziyyət yaxşıdır. Sabah yaxşı nəticə qazanmaq istəyirik. Təəssüf ki, zədəli futbolçularımız var. Bəzi oyunçular bizə kömək edə bilməyəcək. Ümumi götürsək komandamdan razıyam. Rəqib FIFA-nın reytinqində 50-ci olsa da, İrlandiyada yaxşı çıxış etmişdik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik.

Bizim oyunçular bu ildən ölkə xaricinə çıxış etməyə başlayıblar. Bu, Azərbaycan futbolu üçün müsbət məqamdır. Amma cəmi 2-3 aydır orada oynayırlar. Bir ildən sonra ümumi vəziyyətə baxarıq. Sabah Mahir Emrelidən qol gözləyirəm. Çünki mənim rəhbərliyim altında fərqlənə bilməyib. Bundan əlavə, Araz Abdullayev daha da inkişaf edib. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Dadaşov uzun zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur”.

“İtirdiyimiz 2 xalı bərpa etmək istəyirik”
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.