Gianni de Biasi
Gianni de Biasi

Millimizin bəşqçisi Gianni de Biasi`nin yığmamızdakı gələcəyinə 2 dekabr tarixində aydınlıq gələcək.

ONBİR xəbər verir ki, italiyan mütəxəssisin komandada qalıb-qalmayacağı AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müəyyənləşəcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi Gianni de Biasi`inin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;
5. Digər məsələlər.

(affa.az)

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.