Thibaut Courtois
Thibaut Courtois

FIFA ilin qapıçısı mükafatına namizəd göstəriləməyən Thibaut Courtois`in məsələ ilə bağlı danışıb.

ONBİR Real Madrid`in belçikalı qolkiperinin fikirlərini GOAL-a istinadən təqdim edir:

“Belə şəxsi mükafatlardansa, Çempionlar Liqası və La Liga`nı qazanmaq daha vacibdir. Etdikləri seçim məni təəccübləndirmədi. Bir ay əvvəl söylədiyim fikirlərə görə namizəd göstərilmədim. Klubuma faydalı olmaq üçün əlimdən gələni edirəm. Əlbəttə ki, başqa komandalarda da yaxşı, möhtəşəm qapıçılar var. Ümid edirəm ki, layiq olan mükafatı qazanar”.

Xatırladaq ki, yaşlı qapıçı Millətlər Liqasındakı 3-cülük oyununun lazımsız olduğunu, bu matçların sadəcə daha çox pul qazanmaq məqsədi ilə oynanıldığını söyləmiş, təqvimin çətinliyinə görə FIFA və UEFA-nı tənqid etmişdi.