Thibaut Courtois
Thibaut Courtois

Belçika millisi UEFA Millətlər Liqasının yarımfinal mərhələsində Fransaya məğlub olub. (2:3)

ONBİR məğlub komandanın qapıçısı Thibaut Courtois`in qarşılaşmadan sonra verdiyi açıqlamanı təqdim edir:

“Bu turnirdə niyə oynadığımızı bilmədiyim üçün məğlub olduğumuza görə məyus deyiləm. İtaliya ilə 3-cü yer uğrunda oyuna çıxmasaq da olar”.

Qeyd edək ki, 3-cülük matçında ev sahibi İtaliya ilə Belçika, final oyununda isə İspaniya ilə Fransa qarşılaşacaq.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.