UCL
UCL

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

ONBİR xəbər verir ki, saat 14:00-da başlayacaq püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

2-ci təsnifat mərhələsində Olympiacos`un rəqibi olan təmsilçimiz Neftçi bu püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Səpələnmişlər

Dinamo Zagreb (Xorvatiya) – Omonia (Kipr) cütünün qalibi
Olympiacos (Yunanıstan) – Neftçi (Azərbaycan) cütünün qalibi
Slovan Brastislava (Slovakiya) – Young Boys (İsveçrə) cütünün qalibi

Səpələnməmişlər

Mura (Sloveniya) – Ludogorets Razgrad (Bolqarıstan) cütünün qalibi
Lincoln Red İmps (Cəbəllütariq) – Cluj (Rumıniya) cütünün qalibi
Legia Warszawa (Polşa) – Flora Tallinn (Estoniya) cütünün qalibi

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin görüşləri 3-4 və 10-11 avqust tarixlərində keçiriləcək.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.