Lukaku & Mourinho
Lukaku & Mourinho

Inter`lə parlaq mövsüm keçirən Romelu Lukaku yenidən Chelsea`də oynayacaq. 28 yaşlı forvardın keçidi üçün İtaliya klubuna 115 milyon avro ödəniləcək.

Bu yayın ən böyük transferlərindən biri olan Lukaku keçidi tezliklə açıqlanacaq. ONBİR olaraq belçikalı hücumçunun karyerasına nəzər yetirmək qərarına gəldik.

Romelu Menama Lukaku Bolingoli 13 may 1993-cü il tarixində Belçikanın Parisi Anversdə dünyaya gəlib. Alt liqalarda futbola başlayan Lukaku əvvəlcə Rupel Boom, Wintam, Lierse klublarında bu oyunun sirlərini öyrənib. 2006-cı ildə Anderlecht`in əvəzedici komandasına transfer oldu.

10 years of Romelu Lukaku 💜 - YouTube

3 il boyunca əvəzedici komandada çıxış edən Romelu Lukaku burada çıxdığı 87 matçda 121 qol vurdu və əsas komandaya yüksəldi. 2009-cu ildə peşəkar futbol karyerasına start verən Lukaku 3 mövsüm çıxış edərək 97 matçda 41 qol vurdu.

Elə son mövsümünün başında da Chelsea`yə ilk keçini reallaşdırdı. London klubu belçikalı gənc hücumçu üçün Anderlecht`ə bonuslar daxil 20 milyon avro ödədi. Lakin Lukaku`nun ilk mövsümü uğurlu alınmadı. Oyunların əksəriyyətinə sonradan daxil olan hücumçu toplam 12 oyunda fərqlənə bilmədi və icarə əsasında West Bromwich`in yolunu tutdu.

Romelu Lukaku reminisces in memorable West Brom moment | Football League  World

Belçikalı forvard İngiltərədəki ilk partlamasını da elə məhz West Bromwich`də göstərdi. Premier League`da çıxdığı 35 matçda 17 qol vurdu. Lakin bu performansı belə Chelsea`yə qayıdıb komandada möhkənlənməsinə kifayət etmədi və o, yenidən icarəyə yollandı. Bu dəfəki klub isə Everton idi.

Everton new boy Romelu Lukaku didn't have what it takes to play for Chelsea  sniffs Mourinho - Mirror Online

Everton`la keçirdiyi ilk mövsümündə 33 matçda 16 qol vuran Romelu Lukaku bu performansı ilə Liverpul transferinə qalıcı transfer olundu və onun üçün Chelsea`yə 28 milyon funt-sterlinq ödənildi.

Liverpul təmsilçisinin heyətində uğurlu 3 mövsüm daha keçirən Lukaku 2017-ci ildə bonuslar daxil toplam 90 milyon funt-sterlinq qarşılığında Manchester United`ə keçdi. İlk mövsümündə çıxdığı 51 matçda 27 qol vurdu. Daha sonrakı mövsümü Lukaku`nun “Qırmızı Şeytanlar”ın heyətindəki son mövsümü oldu. Verilən transfer məbləğinin altında əzilən Lukaku 45 matçda 15 dəfə fərqləndi və Manchester United`dən ayrılmalı oldu.

Romelu Lukaku to Receive 'Maximum Fine' for Going AWOL as Man Utd Striker  Looks to Push Through Move | 90min

Heyətini Manchester United`in oyunçuları ilə gücləndirən Inter Alexis Sanchez və Ashley Young`dan sonra Romelu Lukaku`nu da 80 milyon avroya transfer etdi.

Belçikalı qol maşını özünü yenidən Inter`də tapdı. İlk Serie A mövsümündə 23 qol vuran belçikalı forvard 2020/21-də nəticəsini bir qədər yaxşılaşdırdı və 24 dəfə fərqləndi. Lukaku göstərdiyi performansla komandasının çempionluq həsrətinə də son qoydu və Juventus`un hegemoniyasına son qoyan Milan təmsilçisi sonda ölkə çempionluğunun sahibi oldu.

Jay-Z: "I Helped Romelu Lukaku Choose Inter Move, Not Surprised He's Become  Serie A Champion"

Özünü Inter`də yenidən tapan və Belçika ilə son Avropa çempionatında bombardirlik mübarizəsi verən qol maşını Chelsea`də özünü sübut edə biləcək? Yoxsa yenidən bizə lazım deyilsən deyiləcək? 2-ci bəndin reallaşacağı inandırıcı görünmür, çünki ortada verilən və ya veriləcək 115 milyon avro avro var …

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.