Chiesa & Buffon
Chiesa & Buffon

Juventus`un sabiq qapıçısı Gianluigi Buffon keçmiş komanda yoldaşına təriflər yağdırıb.

ONBİR 43 yaşlı qapıçının La Gazzetta dello Sport`a verdiyi açıqlamaları təqdim edir:

“Chiesa Juventus`a gəldiyi vaxt onun bu qədər yaxşı oyunçu olduğunu bilmirdim. O, Avropa çempionatında isə sadəcə inanılmaz idi. İngitərə ilə oynanılan final matçında Chiesa`nı dayandırmaq mümkünsüz idi.

Juventus`da keçirdiyi ilk mövsümdən sonra Federico`nun etdiklərinə təəccüblənmirəm. Bu səviyyədə özünüzü sübut edə bilirsinizsə, həqiqətən xüsusi bir oyunçusunuz deməkdir”.