
Borussia Dortmund`un ulduz oyunçusu Jude Bellignham`ı transfer etmək üçün 4 klub namizəddir.
ONBİR The Athletic`ə istinadən xəbər verir ki, Almaniya klubu ingilis oyunçu üçün 150 milyon avro tələb edir.
Bu məbləği sadəcə 4 klub ödəməyə hazırdır: Real Madrid, Liverpool, Manchester City və Manchester United.
Xəbərdə 19 yaşlı yarıımmüdafiəçinin özünün isə Liverpool və Jurgen Klopp azarkeşi olduğu bildirilir.