Ryan Babel
Ryan Babel

Bir çox fərqli ölkədə çıxış etmiş Ryan Babel karyerasını bitirməyi hələ düşünmür.

ONBİR xəbər verir ki, hal-hazırda Galatasaray`da oynayan 34 yaşlı futbolçu MLS-də çıxış edə biləcəyini söyləyib.

Hollandiyalı oyunçu öz karyerasından bəhs edən 8 mahnıdan ibarət bir rep albomu çıxaracaq.

Mahnılarda oyunçunun baş məşqçilər ilə yaşadığı anlar da bəhs olunacaq. Bunlara Jurgen Klopp və Rafa Benitez kimi məşqçilər də daxildir.

Qeyd edək ki, Ryan Babel Ajax, Liverpool, Hoffenheim, Kasımpaşa, Al Ain, Deportivo, Beşiktaş, Fulham kimi klubların da şərəfini qoruyub.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.