Milan Obradovic
Milan Obradovic

U-21 millimizin baş məşqçisi Milan Obradovic Ukrayna mətbuatına açıqlama verib. 

ONBİR xorvat mütəxəssisin açıqlamalarını qol.az saytına istinadən təqdim edir:

“Serbiya millisindən ayrıldıqdan sonra 2018-ci ilin qışında AFFA nümayəndələri ilə görüşdüm. Məni gənclər komandasının başında görmək istədiklərini söylədilər. Bu, mənim üçün böyük sınaq idi. Serbiyanın U-17 və U-19 komandalarına rəhbərlik etmişəm, əsas millidə köməkçi kimi çalışmışam. Özümü sınamaq və yeni səviyyəyə keçməyə nə qədər hazır olduğumu görmək istədim. İndi də deyə bilərəm ki, bu düzgün addım idi. Üç il ərzində 12 futbolçu U-21-dən əsas yığmaya keçid edib. Mən hər şeydən razıyam. Azərbaycanda işləmək mənim üçün asan və xoşdur”.