Ran Ben Shimon
Ran Ben Shimon

Qarabağ UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşdığı İsrailin Ashdod klubu ilə heç-heçə edib. (0:0)

ONBİR İsrail təmsilçisinin baş məşqçisi Ran Ben Shimon`un jurnalistlərin suallarına verdiyi cavabları təqdim edir:

– Cavab oyununa 0:0-la başlayacağıq. Ümidimizi davam etdiririk. Təəssüf ki, meydançanın durumu çox pis idi. Amma güclü komandaya qarşı oynayırdıq.

– Qarabağ sizi nə ilə təəccübləndirdi?

Qarabağ`ın ötən mövsüm Maccabi ilə oyunlarını, həmçinin Avstriya toplanışındakı yoxlama görüşlərini izləmişəm. Rəqib yaxşı futbol oynasa da, müdafiə xəttimizi yara bilmədi. Ümid edirəm ki, bu mübarizəni İsraildə də davam etdirəcəyik.

– İsraildə də meydançaların vəziyyəti belədir?

– İsraildə meydançalar bundan daha yüksək səviyyədədir.

– Cavab matçında kim daha çox risk edəcək?

– Bu matçdan sonra şanslar yarı-yarıyadır. Qarabağ`ın keyfiyyətini də nəzərə almaq lazımdır. Nəticənin necə olacağını biz yox, Allah bilir.

– Bu nəticəni sizin üçün sərfəli saymaq olar?

– İstənilən dəyişiklik yenilik gətirir. Bu gün daha çox müdafiəyəmeyilli oynadıq. Amma cavab görüşündə hər iki tərəf hücum oyunu göstərəcək. Bu gün rəqib 10 nəfərlə qaldıqdan sonra hücum barədə düşündük. 14 ildən sonra yenidən avrokuboklarda oynayırıq. Getdikcə daha yaxşı oynayacağımıza əminəm.

– Ot örtüyü ideal vəziyyətdə olsaydı, Ashdod daha yaxşı futbol oynayardı?

– Əminəm ki, meydançanın durumu hər iki komandanın oyun keyfiyyətinə təsiri oldu.

– Oyundan sonra birbaşa meydançaya futbolçulara tərəf getdiniz. Halbuki Qurban Qurbanov sizinlə görüşmək üçün gəlirdi. Bu sizdə adətdir?

– Qurban Qurbanovun həm futbolçu, həm də məşqçi karyerasına bələdəm. Onu böyük məşqçi sayıram. Ola bilər ki, həmin anda görməmişəm. Mətbuat konfransında onunla görüşməyə çalışacağam. Bakıdakı qonaqpərvərliyə görə təşəkkür edirəm.

(Apasport)

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.