UCL
UCL

Bu gün UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup məhələsinə start veriləcək.

ONBİR`lə qitənin bir nömrəli turnirinin tarixinə qısa nəzər salaq.

UEFA Çempionlar Liqasının ilk mövsümünə 1955-ci ildə start verilib və turnir 1992-ci ilə qədər Çempion Klublar Kuboku adlandırılmışdır.

Kuboku 3 il ardıcıl və ya ümumilikdə beş dəfə qazanan komanda, kubokun dəqiq kopyasını saxlamaq hüququ əldə edir (orijinal kubok həmişə UEFA-da qalır). Bu vaxta kimi bu hüququ Real Madrid, Ajax, Bayern München, Milan və Liverpool əldə edib.

(Qeyd: Bu qayda 2008-ci ildən ləğv olunub).

Hazırki kubok gümüşdən hazırlanmışdır, hündürlüyü 74 sm, kütləsi 11 kq-dır.

Ən çox çempion olan klublar:

Turnirin ən çox qalibi olan İspaniyanın Real Madrid klubu həmçinin bu mükafatı 5 dəfə ardıcıl qazanmaqla qırılması hələ də mümkün olmayan bir rekorda imza atıb.

Çempionlar Liqası tarixinin ən böyük hesablı qələbələri Real Madrid – Malmö (8:0) və Liverpool – Beşiktaş (8:0) görüşlərində qeydə alınıb.

Turnirin bombardiri Cristiano Ronaldo`dur. Portuqaliyalı ulduz oyunçu bugünədək 134 qolla fərqlənib. Onu aktivində 120 qol olan əzəli rəqibi Leo Messi izləyir. İlk 3 pilləni isə 73 qola malik Robert Lewandowski qapayır.

Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu isə Real Madrid`in sabiq qapıçısı İker Casillas`dır. İspan qolkiper 177 matçda iştirak edib. Portuqaliyalı ulduz Cristiano Ronaldo bu gün keçiriləcək Young Boys – Manchester United matçında oynayarsa, bu rekorda da şərik olacaq. Onun aktivində hal-hazırda 176 matç var.

Qarabag to face Chelsea, Atletico Madrid and Roma in UEFA Champions League  group stage - AZERTAC - Azerbaijan State News Agency

Ölkəmiz Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində yalnız Qarabağ, 1 dəfə olmaqla təmsil edib. Ağdam klubu 2017/18 mövsümündə Chelsea, RomaAtletico Madrid kimi klublarla bir qrupda yer alıb. Qarabağ Atletico Madrid ilə keçirilən hər iki görüşdən 1 xal qazana bilib.

Sonda qeyd edək ki, 2021/22 mövsümünün finalı Rusiyada baş tutacaq. Həlledici görüş Sankt-Peterburqun 68 min azarkeş tutumlu Krestovsky stadionunda keçiləcək.

Финал Лиги чемпионов-2021 может пройти в России - Чемпионат
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.