
Qarabağ Qəbələ üzərində cavab görüşündə də qələbə qazanaraq Azərbaycan Kubokunun finalına yüksəlib. (Ümumi hesab: 8-1)
ONBİR görüşdən sonra təşkil olunan mətbuat konfransında danışan Elmar Baxşıyevin fikirlərini qol.az saytına istinadən təqdim edir:
“Oyun barədə çox danışmaq istəmirəm. Ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var. Onları müzakirə etmək istəmirəm.
Qarşıda 4 oyun var. Komanda şəklində həmin matçlara köklənmək və daha yaxşısına nail olmaq məcburiyyətindəyik. İnanıram ki, toparlanacayıq və daha yaxşısını edəcəyik. 15-16 futbolçudan ibarət heyətimiz var. Zədəli və cəzalı olmaqları oyunlarımıza təsir edir. Futbolda xırdalıqlar olmur. Hər bir nüans komandaya təsir edir. Ruhdan düşmürük”.