Neftçi-2
Neftçi-2

I Divizionda 2021/2022-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib.

ONBİR Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, çempionat sentyabrın 13-də start götürəcək.

I Divizionda Zaqatala, Turan Tovuz, Kəpəz, Qaradağ Lökbatan, MOİK klubları ilə yanaşı Neftçi, Sabah, Qarabağ, Keşlə, Sumqayıt, Zirə, Səbail Qəbələ kimi Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları iştirak edəcək.

Qeyd edək ki, I Divizion son illərdə çempionunun Premyer Liqaya vəsiqə qazana bilməməsi ilə tanınır.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.