Newcastle United
Newcastle United

İngiltərənin köklü klublarından biri olan Newcastle United`in ərəblər tərəfindən alınması hal-hazırda dünya futbolunun əsas gündəmindədir.

Sizlərlə birlikdə Newcastle United haqda qısa da olsa məlumat almağa və ya bildiyimiz məlumatları təkrarlamağa çalışaq.

Newcastle United – Dumanlı Albion futbolunda “Toon (Town) Army” – “Qəsəbə ordusu” adı ilə sevilmiş, İngiltərənin ən şimalında, Şotlandiya sərhəddinə yaxın, Tyne çayının sahilində, ölkənin insan kütləsi ən çox olan 8-ci şəhərində qurulan bir futbol klubu. Onu biz “Sağsağanlar” ləqəbi ilə də yaxından tanıyırıq.

Santiago Munez adlı xəyalı bir futbolçunun bağbanlıqdan Real Madrid`ə çatan karyerasından bəhs edən “GOAL” adlı filmdə də Newcastle United və klubun bazasından bəhs edilir.

Santiago Munez Actor Kuno Becker Has Written A Script For Goal 4 -  SPORTbible

1892-ci ilin 9 dekabr tarixindən fəaliyyət göstərən klubun 4 ölkə çempionluğu var. Ən sonuncusu 1926/27 mövsümünə təsadüf edir. “Sağsağanlar” bununla yanaşı, 6 qat FA Cup qalibidir və 1 dəfə ölkə superkubokunun sahibi olub.

“Ağ-qaralar”ın ev oyunları 52 min azarkeş tutumlu St.James Park stadionunda keçirilir.

Klubun əzəli rəqibi Sunderland`dir. Bu iki komandanın azarkeşləri bir-birindən nifrət etmək dərəcəsindədirlər və iki komanda arasında keçirilən matçlar “Tyne – Wear” (Hər ikisi çay adıdır) derbisi adlandırılır. Qazanılan qələbə saylarında da bərabərlik gözə çarpır. Hər iki komanda 53 dəfə derbidən qalib ayrılıb. Qalan 49 matçda isə qalib müəyyənləşməyib.

La storia del Tyne-Wear derby tra Sunderland e Newcastle -  passionepremier.com

Newcastle United`in əfsanəsi deyildikdə, ağla gələn ilk şəxs Alan Shearer`dır. İngiltərə futbolunun əfsanəsi SouthamptonBlackburn Rovers`dəki parlaq karyerasından sonra son olaraq “Sağsağanlar”ın şərəfini qoruyub. Sabiq ingilis forvard bu klubun heyətində 1996-2006-cı illərdə çıxış edib və iştirak etdiyi 405 matçda vurduğu 206 qolla yadda qalıb. Onun qol sayını klub tarixində hələ də keçə bilən bir futbolçu olmayıb.

Revealed! How Newcastle stitched up Manchester United over Alan Shearer's  world-record transfer - Mirror Online

Klub tarixindəki bəzi rekord göstəricilər ilə yazını yekunlaşdıraq.

Bir mövsümdə ən çox qol – Andy Cole (1993/94 – 41 qol)

Ölkə çempionatının bir mövsümündə ən çox qol – Hughie Gallacher (1926/27 – 36 qol)

Bir matçda ən çox qol – Len Shackleton (vs Newport, 6 qol)

Avrokuboklarda ən çox qol – Alan Shearer (52 matçda 30 qol)

Ən erkən qol – Alan Shearer (10 saniyə, vs Manchester City)

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.